Əvəzedicilər Liqasında çıxış edən Gəncənin “Kəpəz-2” klubunun baş məşqçisi Xaliq Mərdanov AFFA İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırılıb.
Qafqazinfo xəbər verir ki, buna mütəxəssisin ölkə çempionatının XII turunda qarşılaşdıqları “Səbail-2” ilə matçda hakimi təhqir etməsi səbəb olub.
X.Mərdanov davranışına görə qırmızı vərəqə ilə cəzalandırılıb. Klub isə 400 manat cərimələnib.