Samuxda 18 yaşlı qız dəm qazından boğularaq ölüb.
Gencexeber.az -ın məlumatına əsasən, hadisə rayonun Sərkar kəndində qeydə alınıb.
İlkin məlumata görə Fidan Abbaszadə hamam otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib. O evin tək uşağı olub.
Hadisə yerinə Samux rayon Prokurorluq və Polis Şöbəsinin əməkdaşları cəlb olunub.