Gəncədə küçələrin birində kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 18 may tarixində məlumat daxil olub.
Hadisə Təbriz küçəsi, 5-ci dalanda qeydə alınıb. Burada sakinləri su ilə təchiz edən yeraltı xətt partlayıb. Nəticədə su küçə boyunca axır.
Məhəllə sakinlərinin sözlərinə görə, sözügedən hal səhər saatlarından davam edir. Onlar su xəttinin təmir olunmasını arzu edirlər.