Gəncədə iki ərazi zibillik içindədir. Bu haqda Gencexeber.az-a 4 may tarixində məlumat daxil olub.
Söhbət Adil İskəndərov və Əziz Nəzərov küçələrindən gedir. Adıçəkilən ünvanlarda zibil qutuları ətrafında natəmizlik hökm sürür. Sakinlər bildirirlər ki, konteynerlərin boş olmasına baxmayaraq, ətraf zibilliyə çevrilib. Onlar əlavə ediblər ki, aidiyyəti qurumun işçiləri yalnız qutuları boşaldırlar, ətrafı isə təmizləmirlər. Ətrafdakı tullantılar isə bir neçə gündür küçədə qalıb.
“Xoşagəlməz qoxu və antisanitariya səbəbindən ərazidən keçə bilmirik. Xahiş edirik, gəlib zibil qutularını təmizləyəndə ətrafa da nəzər salsınlar”, – deyə küçələrdə yaşayan sakinlər bildiriblər.
[modula id="59023"]