top
Təndirçilik sənəti UNESCO-nun qeyri-maddi irs siyahısına salındı
04 dekabr 2024, 09:45
- ↺ +

Təndirçilik sənəti UNESCO-nun qeyri-maddi irs siyahısına salındı

 

Azərbaycanın təndirçilik sənəti və çörəkbişirmə üsulu BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu - UNESCO-nun qeyri-maddi irs siyahısına salınıb.

Gencexeber.az məlumat verir ki, bu barədə UNESCO üzrə Azərbaycan Milli Komissiyasının "X" səhifəsində bildirilib.

"Bu gün Paraqvayın Asunsion şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 19-cu sessiyasında "Azərbaycanda təndir sənətkarlığı və çörək bişirmə mədəniyyəti" nominasiyası uğurla Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib.

Bununla, Azərbaycanın UNESCO-nun qeyri-maddi mədəni irs siyahılarındakı irs nümunələrinin sayı 24-ə çatdı.

Azərbaycan xalqının zəngin mədəniyyətini və adət-ənənələrini əks etdirən bu qeyri-maddi mədəni irs nümunəsi, eyni zamanda, dünya mədəniyyətinə töhfədir. Bu nailiyyət UNESCO dəyərlərinin təbliğinə Azərbaycanın davamlı dəstəyini ifadə edir.

Bütün Azərbaycan xalqını bu uğur münasibətilə ürəkdən təbrik edirik!", - UNESCO üzrə Azərbaycan Milli Komissiyasından bildirilib.

Qeyd edək ki, Azərbaycanda çörək əsrlərdən bəri bolluq-bərəkət rəmzi sayılır. Hər bölgənin özünəməxsus çörək növü və bişirilmə üsulu olduğu kimi dadları da bir-birindən fərqlənir. Gəncə, Bakı, Naxçıvan, Şamaxı və digər yerlərdə vaxtilə geniş yayılan çörək növlərindən biri səngək çörəyidir.

Səngək çörəyi xırda daşların üzərində, qırmızı kərpicdən hazırlanan təndirlərdə bişirilir və əsasən bozbaş, piti kimi duru, yağlı yeməklər üçün nəzərdə tutulur. Onun əsas üstünlüyü 3-4 gün ərzində təzə qalması və rahat həzm olunmasıdır. Bu səbəbdən də mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlərə səngək çörəyindən istifadə etmək məsləhət görülür.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:48

Sabah leysan yağacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:54

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
Bu gün, 11:17

TƏBİB-in rəhbərliyi ilə işləmək istəmədiyini bildirdi, istefa verdi

Bütün xəbərlər
Bu gün, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
Bu gün, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
Bu gün, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
Dünən, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Dünən, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
Dünən, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
Dünən, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
Dünən, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
Dünən, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
Dünən, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Dünən, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
04 oktyabr 2026, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
03 oktyabr 2026, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
03 oktyabr 2026, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
03 oktyabr 2026, 12:19

Gəncədə Müşviq Adıgözəlov küçəsini yenə su basdı

Oxşar xəbərlər