top
Sevdiyi qıza başını bulayanı söhbətə çağırdı, BIÇAQLANDI - TƏFƏRRÜAT
03 dekabr 2024, 16:57
- ↺ +

Sevdiyi qıza başını bulayanı söhbətə çağırdı, BIÇAQLANDI - TƏFƏRRÜAT

 

Qazaxda sevdiyi qıza başını bulayanı “söhbətə” çağıran 18 yaşlı şəxs  bıçaqlanıb.

Gencexeber.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mikayil Məmmədzadənin sədrliyi ilə keçirilib.

Belə ki, 2006-cı il təvəllüdlü Əli Məmmədovla (ad şərtidir) 2008-ci il təvəllüdlü Nihad Əsgərov (ad şərtidir) arasında telefon yazışması zamanı söz mübahisəsi yaranıb. Mübahisəyə səbəb Əlinin sevgilisi olan Nəzrinə Nihadın baş bulaması olub. Məsələni həll etmək üçün parkda görüşən gənclərin mübahisəsinin sonu qanla bitib. Nihad özünü qorumaq üçün üzərində gətirdiyi bıçaqla Əlini vurub.

Nihad Əsgərov Azərbaycan Respublikası CM-nin 126.1-ci (insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Nihad Əsgərov özünü qismən təqsirli bilib və ifadəsində bunları deyib:

“Qazax Dövlət Sosial-İqtisadi kollecində dərsdə olarkən qrup yoldaşlarımdan kimsə Əlinin mənimlə danışmaq istədiyini deyib. Mən də problem olmadığını, görüşəcəyimi bildirdim. “Dədə Qorqud” parkına gedib Əli ilə görüşdüm. Əli mənə sinfə daxil olarkən qrup yoldaşı Nəzrinə baxıb başımı buladığımı dedi. Bunun doğru olmadığını bildirdim. Əli parkın arxasına keçməyi təklif elədi. Buna ehtiyac olmadığını bildirdib getdim. Növbəti dərsdə qrup yoldaşım Amin gəlib dedi ki, kollecdə söhbətlər yayılıb. Deyirlər ki, sən Əlidən qorxub geri çəkilmisən. Bunun yalan olduğunu deyib, Əlinin nömrəsini axtardım. Əliyə yazıb, aramızda olan məsələnin niyə hamıya dediyini soruşdum. Daha sonra onu dəvət etdim danışmağa. Əli razı olmadı. Mənə “utanmırsan, səndən yaşca böyüyəm, mənə uşaq deyirsən, mənimlə bu tərzdə danışmağın doğru deyil” dedi.

Əli görüşməyə razı olmadı. Dedi, sabah görüşərik. Razılaşdım. Görüşəndə də mübahisəmiz yarandı. Cibimdə gətirdiyim bıçaqla onu vurdum. Amma vurmağımdan xəbərim olmadı. Bir də gördüm ki, Əlinin qarnından qan gəlir”.

Məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Əli Məmmədov ifadəsində deyib:

“Qazax Dövlət Sosial-İqtisadi Kollecində oxuyuram. Nəzrinlə aramızda sevgi münasibəti olub. Bir gün Nihadın Nəzrinlə zarafatlaşdığını gördüm. Mən də Nihadın qrup yoldaşı ilə söz göndərdim ki, onla danışım. Həmin gün kollecin qarşısında Nihad ilə qarşılaşdım və “Dədə Qorqud” parkına gedib söhbət etmək istədiyimi dedim. Ondan Nəzrin barədə xoşa gəlməz söz deyib-deməməsini soruşdum. Demədiyi barədə and içdi. Mən də məsələni bağlayıb getdim.

Bir müddət sonra Nihad mənə yazıb başqalarına bu barədə danışdığımı soruşdu. Mən də “nə deyirsən ə, körpə?” deyə mesaj yazdım. Nihad da “körpə sənsən, özündən böyüyə körpə deməyə utanmırsan” deyə yazdı. Nihada dedim ki, sabah görüşüb danışarıq. Səhəri gün söhbət zamanı Nihada yumruq vurdum. O da cibindən bıçağı çıxarıb mənə vurdu”.

Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə Nihad Əsgərov 3 il azadlıqdan məhrum edilib.

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:48

Sabah leysan yağacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:54

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
Bu gün, 11:17

TƏBİB-in rəhbərliyi ilə işləmək istəmədiyini bildirdi, istefa verdi

Bütün xəbərlər
Bu gün, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
Bu gün, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
Bu gün, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
Dünən, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Dünən, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
Dünən, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
Dünən, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
Dünən, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
Dünən, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
Dünən, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Dünən, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
04 oktyabr 2026, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
03 oktyabr 2026, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
03 oktyabr 2026, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
03 oktyabr 2026, 12:19

Gəncədə Müşviq Adıgözəlov küçəsini yenə su basdı

Oxşar xəbərlər