Qərb bölgəsinin futbol klubları Azərbaycan kubokunda keçiriləcək növbəti oyuna çıxacaqlar.
Gencexeber.az məlumat verir ki, Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Turan Tovuz” dekabrın 3-ü “Sabah”la qarşılaşacaq. Matça saat 18:00-da start veriləcək.
“Kəpəz” isə dekabrın 4-ü “İmişli” ilə görüşəcək. Oyunun start fiti saat 16:00-da səsləndiriləcək.
Görüşlərin hər ikisi Tovuz şəhər stadionunda baş tutacaq.