top
Qara cümənin “qara simaları” cəzalandırıla bilər
02 dekabr 2024, 12:02
- +

"Qara cümə"nin “qara simaları” cəzalandırıla bilər

 

Son illərdə mağazalarda və ya iaşə obyektlərində bayramlarla bağlı endirim kompaniyalarına tez-tez rast gəlmək olur. Xüsusilə bu endirimlər “qara cümə”, “əfsanə cümə” kimi adlanan endirim kampaniyalarında qarşımıza çıxır.

Bu il də müəyyən vətəndaşlar tərəfindən sosial mediada endirim kompaniyalarının saxtalığı barədə paylaşımlar və ya bizə ünvanlanan suallar olub.

Modern.аz xəbər verir ki, mövzu ilə bağlı Azərbaycan Vəkillər Kollegiyasının üzvü Cavanşir Qasımzadə ilə həmsöhbət olub.

Onun sözlərinə görə, ümumiyyətlə müəssisələrin vətəndaşlara göstərdiyi xidmət və ya satdığı mallar və bunlara dair qanun pozuntuları ilə bağlı müddəalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda və  Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində öz əksini tapır:

“Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə malların (xidmətlərin, işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti, yararlılıq müddəti, satış şərtləri, qiyməti barədə yalan və (və ya) natamam məlumatlar verməklə, yaxud haqsız, qeyri-dəqiq və gizli reklam vasitəsilə satıcılar və (və ya) reklamverici, reklam yaradıcısı, reklam istehsalçısı, reklam yayıcısı və reklam agenti tərəfindən istehlakçıların (istifadəçilərin) aldadılmasının qarşısının alınmasını ehtiva edir.

Müsahib qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsi “istehlakçıların hüquqlarının pozulması” ilə bağlıdır:

“Həmin maddəyə əsasən bu cür hərəkətlər istehlakçıların hüquqlarının az miqdarda (yəni 100 manatadək) pozulmasına səbəb olduqda inzibati məsuliyyət yaranır və bu zaman fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 428-ci maddəsi isə “reklam haqqında qanunvericiliyin pozulması” ilə bağlıdır. Sözügedən maddəyə əsasən əmtəələr, işlər və xidmətlər haqqında, yaxud onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədi ilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etməyə görə 200 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1200 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək cərimə edilir”.

C.Qasımzadə sonda vurğulayıb ki, “Reklam haqqında” Qanunun 4.2-ci maddəsinə əsasən reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalı, rəqiblərinin istehsal etdiyi, reklam edilən əmtəə ilə eyni, yaxud onun əvəzedicisi olan başqa əmtəələrin bazar nüfuzuna xələl gətirməməlidir:

“Həmin Qanunun 16-cı maddəsinə əsasən əmtəənin qiymətinin dəyişməsinin reklamında qiymətin dəyişməsi kampaniyasının başlanma tarixi, müddəti; qiyməti dəyişdirilən əmtəələrin siyahısı; qiyməti dəyişdirilən əmtəənin mövcud qiyməti göstərilməli, reklamda əmtəənin qiymətinin əvvəlki qiymətlə müqayisədə mütləq yaxud nisbi ifadə ilə dəyişməsi qeyd olunmalıdır”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:48

Gəncədə Memar Əcəmi ilə bağlı filmin çəkilişi başa çatıb

Bütün xəbərlər
Bu gün, 16:21

Rayonlarda sel və dolu xəbərdarlığı

Bütün xəbərlər
Bu gün, 14:44

Sabah Gəncədə hava necə olacaq? - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 14:08

Yeni tədris ilinə hazırlıq: 2 məktəb sökülərək yenidən tikilir

Bütün xəbərlər
Bu gün, 13:36

Gəncədə mobil telefon abunəçilərinin sayı KƏSKİN AZALIB

Bütün xəbərlər
Bu gün, 12:58

Dünya çempionu olan gəncəli şahmatçı Aşqabadda "ustad dərsi" keçdi

Bütün xəbərlər
Bu gün, 12:04

Gəncədə binaların həyəti "TOYUQ FERMASI"NA çevrilib

Bütün xəbərlər
Bu gün, 10:37

Azərbaycanda 1941-45-ci illər müharibəsinin veteranları daha 5 nəfər azalıb

Bütün xəbərlər
Bu gün, 10:25

Gəncədə şok məhkəmə: 13 yaşlı qızla cinsi əlaqəyə görə...

Bütün xəbərlər
Bu gün, 10:04

Çəpərə görə əmisi oğlunu daşla vuran şəxsə 4 il HƏBS CƏZASI

Bütün xəbərlər
Bu gün, 09:33

Mirvarid Dilbazinin anadan olmasından 114 il ötür

Bütün xəbərlər
Dünən, 18:04

Gəncədə çoxmənzilli binaların həyətindəki dirəklər qəzalı vəziyyətdədir

Bütün xəbərlər
Dünən, 17:02

Gəncədə işıqfor budaqların arasında qalıb

Bütün xəbərlər
Dünən, 16:21

Son 7 ayda 405 min nəfərə Prezident təqaüdü ödənilib

Bütün xəbərlər
Dünən, 15:48

Gəncə-Daşkəsən iqtisadi rayonunda pərakəndə ticarət dövriyyəsi 0,5 faiz artıb

Bütün xəbərlər
Dünən, 13:49

Şəmkirdə dəhşətli qəzada vəfat edənlərin FOTOSU

Bütün xəbərlər
Dünən, 13:29

Sabah 37 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:22

Mahrasa bağında abadlıq işləri bəzi sakinlər üçün problem yaradıb

Bütün xəbərlər
Dünən, 12:41

Bu istiqamətə əlavə qatar reysləri təyin edildi

Bütün xəbərlər
Dünən, 10:54

Gəncəli şəhidin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:51

Əliağa Şıxlinskinin anım günüdür

Bütün xəbərlər
Dünən, 09:18

Gəncədə ərzaq mağazası yanıb

Bütün xəbərlər
Dünən, 08:54

İki kişi meyiti tapılıb

Bütün xəbərlər
17 avqust 2026, 16:37

Samuxda balıqlar elektriklə ovlanır - İDDİA

Oxşar xəbərlər