Payız-qış mövsümü ilə əlaqədar Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər və ümumi təhsil müəssisələrinin istiliklə təmin olunması prosesi yekunlaşıb.
Gencexeber.az bildirir ki, bu barədə regional idarə məlumat yayıb.
Regional idarənin tabeliyində fəaliyyət göstərən 192 müəssisə qazla, 28 müəssisə dizellə, 125 müəssissə odunla, 28 müəssisə isə elektriklə qızdırılır.
Qeyd edək ki, istilik sistemlərində mövcud və yaxud yarana biləcək problemlərin həlli istiqamətində görülən işlər mövsüm boyu davam etdiriləcək.