“Kəpəz” futbol klubu Premyer Liqanın XV turu çərçivəsində “Şamaxı” ilə qarşılaşacaq.
Gencexeber.az məlumat verir ki, oyun Şamaxı şəhər stadionunda noyabrın 30-u keçiriləcək. Matçın start fiti saat 14:30-da səsləndiriləcək.
Redaksiyamız matçın maraqlı və gərgin keçəcəyini nəzərə alaraq süni intellektdən görüşün nəticəsini necə gördüyünü soruşmaq qərarına gəlib. Süni intellektin proqnozuna görə, qarşılaşma 1:1 hesabı ilə heç-heçə başa çatacaq.