top
Gəncəli deputat: Şəhərimizdən daha bir qatar reysinin açılması gözlənilir – EKSKLÜZİV
27 sentyabr 2025, 10:12
- +

Gəncəli deputat: "Şəhərimizdən daha bir qatar reysinin açılması gözlənilir" – EKSKLÜZİV

Xəbər verdiyimiz kimi, sentyabrın 28-dən etibarən müasir elektrik qatarları ilə Gəncə–Mingəçevir–Ağstafa istiqamətində müntəzəm reyslər başlayacaq. Bu ərəfədə, sentyabrın 27-də rəmzi sınaq reysi həyata keçirilib. Həmin reysin sərnişinləri arasında Gəncə şəhərini təmsil edən deputat Naqif Həmzəyev də olub.

Millət vəkili Gencexeber.az-a açıqlamasında dəmir yolu sahəsində aparılan islahatlar və yaxın perspektivlər barədə fikirlərini bölüşüb. 

"Xüsusilə məhz müasir qatarların reysdə olması bizi sevindirir. Bilirsiniz ki, Gəncə Azərbaycanın ikinci böyük şəhəri və tarixi paytaxtıdır. Gəncə Qazaxdan Yevlaxa qədər bölgənin əsas aparıcı şəhəri hesab olunur. Gəncə Qarabağ bölgəsinə də yaxındır.

Mingəçevir–Gəncə–Ağstafa reysinin işə düşməsi həmin ərazidə yaşayan insanlar üçün rahatlıq yaradacaq. Mingəçevir turistik baxımdan çox zəngin şəhərdir. Bizim Gəncə camaatı da çox vaxt istirahət üçün Mingəçevirə yollanır. Gəncədən Ağstafa istiqamətinə gedən, eləcə də Mingəçevir və Ağstafadan Gəncəyə gələn sakinlərimiz də var. Ticarət və müxtəlif ehtiyaclarını qarşılamaq üçün yaxın bölgələrdən demək olar hər kəs Gəncəyə üz tutur. Bu reysin gündə iki dəfə işləməsi həm müəyyən problemləri aradan qaldıracaq, həm də əlavə rahatlıq yaradacaq. Eyni zamanda qiymətlər də olduqca münasibdir. Avtomobildənsə, qatarla gəlib-getmək həm rahat, həm də təhlükəsizdir. İnanıram ki, regionlararası qatar reyslərinin sayı artırılsa, daha yaxşı olar. Ehtimal olunur ki, yaxın zamanda Gəncədən Ağdama, Xankəndiyə, hətta Lənkərana qədər də qatarla gedə biləcəyik" - deputat bildirib.

N.Həmzəyev Gəncədən bölgələrə yola düşəcək daha bir reysin açılacağını da söyləyib:

"Gəncədə 3 böyük universitet var. Burada çoxlu sayda tələbə təhsil alır. Onların və ailələrinin digər şəhərlərə gedib-gəlməsi üçün bu cür qatarlara ehtiyac var. Xüsusilə də paytaxtdan asılılığı müəyyən qədər aradan qaldırmaq lazımdır. ADY tərəfindən yeni qatarlar alındıqdan sonra Gəncə–Ağstafa–Qəbələ reysinin də istifadəyə verilməsi gözlənilir."

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 22:14

Gəncəlilərə pis xəbər: "Space TV", "MTV" və "Dünya TV"nin yayımı dayandırılır

Bütün xəbərlər
Dünən, 19:46

Gəncədən Qəbələyə qatarla – 4.30 AZN

Bütün xəbərlər
Dünən, 18:00

Azərbaycanın "İdman paytaxtı"nın loqosu təqdim edilib

Bütün xəbərlər
Dünən, 17:27

Ötən il avtoqəzalarda 689 nəfər ölüb

Bütün xəbərlər
Dünən, 16:44

Küləkli hava ilə bağlı sarı XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 16:17

Komaya düşən şəmkirli qıza görə həkimlərə cinayət işi açılıb

Bütün xəbərlər
Dünən, 15:38

Gəncədə alüminium zavodunun direktoru ilə VİDA MƏRASİMİ

Bütün xəbərlər
Dünən, 14:04

Kağız diplomlar tarixə qovuşur

Bütün xəbərlər
Dünən, 13:22

Sabah hava necə olacaq? - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:15

Milli Qəhrəman Salatın Əsgərovanın ölümündən 35 il ötür

Bütün xəbərlər
Dünən, 11:34

Son 5 ildə 71 nəfər mina partlayışlarının qurbanı olub

Bütün xəbərlər
Dünən, 10:46

Müğənni Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR

Bütün xəbərlər
Dünən, 09:33

Qohumunu mərhum atasını söyməkdə günahlandırdı, sonra da bıçaqladı

Bütün xəbərlər
08 yanvar 2026, 18:00

Gəncədə işıq dirəkləri boyanıb, məhəccərlər təmir edilib

Bütün xəbərlər
08 yanvar 2026, 17:46

İki minik maşını toqquşub, biri dərəyə aşıb

Bütün xəbərlər
08 yanvar 2026, 17:12

Azərbaycanda 83 kişi məişət zorakılığına məruz qalıb

Bütün xəbərlər
08 yanvar 2026, 16:41

Maşınında meyiti tapılan iş adamı diplom aldığı gün vəfat edibmiş

Bütün xəbərlər
08 yanvar 2026, 16:07

Təhsil sektorunun müdiri təyin edilib

Bütün xəbərlər
08 yanvar 2026, 15:39

Gəncədə yeniyetmə 23 yaşlı gənci söyüş üstündə öldürübmüş

Bütün xəbərlər
08 yanvar 2026, 15:02

Berlində məşhurlaşmış GƏNCƏLİ ALİM

Bütün xəbərlər
08 yanvar 2026, 14:15

Gəncədə qanunsuz tikintilərlə bağlı monitorinqlər aparılır

Bütün xəbərlər
08 yanvar 2026, 13:34

5 ilin "Mercedes"i yanıb kül oldu, sahibi şikayətçidir

Bütün xəbərlər
08 yanvar 2026, 12:57

Gəncəli şagirddən beynəlxalq olimpiadada UĞURLU NƏTİCƏ

Bütün xəbərlər
08 yanvar 2026, 12:19

Uşaqların laborator analiz nəticələri artıq "mygov" platformasında

Oxşar xəbərlər