top
Gəncədə avtobus intervallarının azalacağı ilə bağlı vədlər suya düşdü - İDDİA
Bu gün, 10:06
- +

Gəncədə avtobus intervallarının azalacağı ilə bağlı vədlər suya düşdü - İDDİA

Gəncə şəhərində avtobusların hərəkət intervalının uzun olması ilə bağlı şikayətlər səngimir.

Gencexeber.az-a hər gün ünvanlanan yüzlərlə şikayətlərdə bildirilir ki, şəhər üzrə marşrut xətlərində aparılan optimallaşdırma çərçivəsində sentyabrın 28-dən "BakuBus" MMC-nin istismarına verilmiş marşrut xətlərinin fəaliyyətə başlaması ilə vəd edilən rahatlıq təmin edilmir. Əksinə, sakinlərin iddialarına görə, xüsusilə səhər saatlarında avtobuslar çox gec gəlir. Bu da işə və dərsə tələsən insanların ciddi narahatlığına səbəb olur.

"4 nömrəli marşrut xəttində səhər saatlarında vəziyyət çox bərbaddır. Hər gün 20 dəqiqə marşrut gözləyirik. Sürücüdən soruşanda deyir ki, interval 10 dəqiqədir, amma biz 20-25 dəqiqə gözləyirik, gəlmir. Deyirlər, dispetçer belə təyin edir. 

Avtozavoddan çıxan marşrut xətləri heç cür tənzimlənmir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin şikayətlər üzrə qaynar xətti - "141"lə əlaqə saxlamaq da mümkün deyil. Biz şikayətimizi hara edək?" - şikayətçi bildirib. 

Vətəndaşların sözlərinə görə, bu problem artıq uzun müddətdir davam edir:

"Hər gün bu hal yaşanır. Gülüstanda ən azı 20 dəqiqə gözləyirik. Hətta dünən sürücü ilə mübahisə yarandı, dedi ki, mənə bu saatda çıx deyirlər, mən də çıxıram. Əlbəttə ki, sürücü deyil, dispetçer vaxtı düzgün təyin etmir", — sakin əlavə edib.

Qeyd edək ki, "BakuBus" MMC daha əvvəl Gencexeber.az-a açıqlamasında yaranmış interval problemlərini Gəncə Avtoparkına verilmiş 280 avtobusun bir qisminin III MDB Oyunlarına cəlb olunması ilə əlaqələndirmişdi. Lakin həmin yarışların oktyabrın 8-də başa çatmasına baxmayaraq, vəziyyətdə gözlənilən yaxşılaşma müşahidə edilmir.

Gəncəlilərin fikrincə, bu problem həm sərnişin axınının, həm də şəhərdaxili nəqliyyatın səmərəliliyinə mənfi təsir göstərir. Onlar aidiyyəti qurumlardan məsələ ilə bağlı ciddi tədbirlər görülməsini tələb edirlər.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:58

Gəncədə tanınmış vəkil tutuldu

Bütün xəbərlər
Bu gün, 13:23

Hüseyn Cavidin Gəncədə qələmə aldığı ilk dram əsəri

Bütün xəbərlər
Bu gün, 12:42

Gəncə yaxınlığındakı möhtəşəm parkdan yalnız xatirələr qalıb

Bütün xəbərlər
Bu gün, 12:04

Gələn il veteranlara verilən 80 manat artırılacaq? - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 11:07

Gəncəli parataekvondoçu dünya reytinq cədvəlinə başçılıq edir

İdman
Bu gün, 10:36

Misli Premyer Liqası: "Kəpəz" "İmişli"yə qarşı

Bütün xəbərlər
Bu gün, 09:27

MKTİB təmizlik aksiyası keçirib

Bütün xəbərlər
Bu gün, 00:01

24 oktyabr 2020-ci il: Vətən müharibəsinin 28-ci günü

Bütün xəbərlər
Dünən, 18:10

Yemək bişirməyən arvadını döydü

Bütün xəbərlər
Dünən, 17:28

Şəkər xəstəliyi xərclərini sığorta qarşılyacaq

Bütün xəbərlər
Dünən, 16:54

Gəncədə 7 nömrəli marşrut xətti üzrə hərəkət sxemi açıqlanıb

Bütün xəbərlər
Dünən, 15:35

Gəncəni təmizləyən qadınlara qarşı XOŞAGƏLMƏZ MÜNASİBƏT

Bütün xəbərlər
Dünən, 15:03

Alimentin minimum məbləği ARTIRILIR

Bütün xəbərlər
Dünən, 14:24

Gələn ayın qeyri-iş günləri

Bütün xəbərlər
Dünən, 13:42

Arzuları yarım qalan 19 yaşlı Ləman...

Bütün xəbərlər
Dünən, 13:13

Şəmkirdə sərhədçilər 3 əcnəbini saxlayıblar

Bütün xəbərlər
Dünən, 12:38

Maskalı şəxs tərəfindən quldurluq edilib

Bütün xəbərlər
Dünən, 11:58

Daşkəsəndə dağ yolunda təmir işləri aparılır

Bütün xəbərlər
Dünən, 11:23

Gəncəli güləşçi fəxri kürsüyə qalxıb

Bütün xəbərlər
Dünən, 10:48

Heyvan kəsimi və satışı mağazalarında 2 mindən çox nöqsan

Bütün xəbərlər
Dünən, 10:12

Gəncədə BİABIRÇILIQ: Qadın avtobusda asayişi pozub

Bütün xəbərlər
Dünən, 09:31

Gəncədə mövsümü yaşıllaşdırma işləri aparılır

Bütün xəbərlər
Dünən, 00:01

23 oktyabr 2020-ci il: Vətən müharibəsinin 27-ci günü

Oxşar xəbərlər