Azərbaycanda aeroelektromaqnetik tədqiqatlara - helikopterlərlə qızıl axtarışlarına start verilib. Tədqiqatlar Daşkəsən və Göygöl rayonlarında aparılır.
AzTV xəbər verir ki, axtarışlar Çaykənd ərazisində 300 metr yüksəklikdə aparılıb.
Qızılın geoloji kəşfiyyata prioritet olması onun nadirliyi, iqtisadi dəyəri və strateji əhəmiyyəti ilə bağlıdır.
"AzerGold QSC" tərəfindən həyata keçirilən bu axtarışların əsas məqsədi sadəcə qızıl tapmaq deyil, onlar yeni perspektivli sahələrin müəyyənləşdirilməsi üçün çalışırlar.
Axtarışlar yerin səthinə fiziki müdaxilə tətbiq etmədən, daha müasir və sürətli metodla həyata keçirilir.