top
Gəncəli paralimpiya çempionu: “Fiziki məhdudiyyətli uşaqlara örnək olduğum üçün məğlub olmaq istəmirəm” – ÖZƏL MÜSAHİBƏ
28 noyabr 2024, 16:41
- +

Gəncəli paralimpiya çempionu: “Fiziki məhdudiyyətli uşaqlara örnək olduğum üçün məğlub olmaq istəmirəm” – ÖZƏL MÜSAHİBƏ

 

Azərbaycanda taekvondonun inkişafı beynəlxalq arenada parlaq qələbələrlə, dayanq ustalarımızın dünya və Avropa çempionatlarında qazandıqları medallarla təsdiqini tapıb. Zəfər qazanan taekvondoçularımızdan biri də “Paris-2024” Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edən və fəxri kürsünün ən yüksək pilləsinə qalxan parataekvondoçu İmaməddin Xəlilovdur.

O, K44 kateqoriyasında, 70 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Finalda türkiyəli Fatih Çeliklə qarşılaşan idmançımız onu 15:2 hesabı ilə məğlub edib.

Gencexeber.az İmaməddin Xəlilovla həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- İmamədin bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

- 1998-ci ildə Gəncə şəhərində anadan olmuşam.

- Taekvondo ilə nə vaxt və necə tanış oldunuz?

- Mənim taekvondo ilə tanışlığım 2006-cı ilə təsadüf edir. Komplekslərimdən qurtulmaq üçün bu idman növünə başlamaq qərarına gəldim.

- Taekvondo ilə məşğul olmağınızın səbəbi nədir? Sizi bu idman növünə cəlb edən nə olub?

- Taekvondo ilə məşğul olmağımın səbəbi odur ki, digər fiziki məhdudiyyətli uşaqlar kimi olmayım. Həyata bağlanmaq üçün bu idman növünü seçdim.

- Əvvəlki təcrübələrinizdən hansılarını bu idmanda tətbiq edirsiniz?

- Düşünürəm ki, hər şey beyindən gəlir. Hər şey psixologiyadan asılıdır. Taekvondoda da bunu tətbiq etməyə çalışıram.

-Taekvondo sizin üçün nə deməkdir?

- Taekvondo mənim üçün həyat deməkdir. O məni həyata bağlayır. Yaşamaq hissimi artırır.

- Məşqlərinizi necə təşkil edirsiniz? Gündəlik proqramınız necədir?

- Gündəlik məşqlərimiz hər zaman olur. Təlim-məşq toplanışlarına da davam edirik.

- Fərqli fiziki və ya psixoloji çətinliklərlə üzləşdiyiniz zaman necə mübarizə aparırsınız?

- Psixoloji çətinliyə düşən kimi öncə ailəm yadıma düşür. Bilirəm ki, mən çöksəm, ailəm də çökəcək. Ona görə də özümü toparlamalıyam. Ailəmi ayaqda tutmaqdan ötrü özümü ancaq belə düzəltməyə çalışıram.

- Çətinliklərlə qarşılaşdığınızda sizi motivasiya edən nədir?

- Digər fiziki məhdudiyyətli uşaqların məni özünə örnək göstərməsi məni motivasiya edir. Demək olar ki, motivasiya edən tək şey budur.

- Son zamanlarda əldə etdiyiniz ən böyük uğur nə olub?

- Mənim ən böyük uğurum paralimpiya çempionu olmağımdır. Onunla bərabər ikiqat dünya çempionuyam. Dünya reytinqində son iki ildə birinci sıradayam. İlk azərbaycanlı idim ki, dünya reytinqində birinci sıraya yüksəldim. İlk parataekvondoçuyam ki, həm paralimpiya, həm də dünya çempionuyam.

- Hədəfləriniz barəsində nə düşünürsünüz?

- Mən məğlubiyyəti sevmirəm. Hədəfim də hər zaman o olub ki, heç kəs məni məğlub edə bilməsin.

- Ən çətin rəqibiniz kim olub? Bu rəqiblə mübarizə etmək necə bir təcrübə oldu?

- Ən çətin rəqibim meksikalı idmançı olub. O məndən öncəki paralimpiya çempionu idi. Həmişə onunla döyüşlərimdə qızıl xala keçirdik. 0-0, 1-1 olurdu. Ən çətinlik çəkdiyim idmançı o idi.

- Gələcəkdə hansı nailiyyətləri əldə etmək istəyirsiniz?

- Demək olar ki, bir idmançı karyerasında bütün nəticələri əldə etmişəm. Məni özünə örnək götürən fiziki məhdudiyyətli uşaqlar olduğu üçün məğlub olmaq istəmirəm. İstəmirəm ki, onlar məğlubiyyətimi görsün. Növbəti dəfə paralimpiya çempionu olmaq istəyirəm.

- Taekvondo həyatınızda nə kimi dəyişikliklərə səbəb olub?

- Mən əvvəl qolumda olan qüsura görə protez taxırdım. Taekvondoda insanlar məni tanıdıqdan sonra komplekslərimdən qurtuldum.

- Həyatınızda ən böyük dəstəkçiləriniz kimlərdir?

- Ən böyük dəstəkçim təbii ki, ailəmdir. Yaxınlarım hər zaman yanımda olub. Mən yeddi il boyunca məğlub olmuşam. Həmin an ailəm və dostlarımdan başqa heç kəs mənə inanmırdı.

Nəzrin Vahid

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:21

Gəncədə şəhid bulağının ətrafı baxımsız vəziyyətdədir

Bütün xəbərlər
Dünən, 13:13

"Elçin şəhid olandan sonra yolumu dəyişdim, hərbiyə getdim..." - Şəhid xanımı

Bütün xəbərlər
Dünən, 12:36

Gəncədə ərazi binanın tikintisi üçün qazılıb – 10 il keçib…

Bütün xəbərlər
Dünən, 09:38

Gəncədə turizm könüllüləri AXTARILIR

Bütün xəbərlər
07 iyul 2026, 16:57

"Kəpəz" futbolçusu ilə müqavilə müddətini uzatmayıb

Bütün xəbərlər
07 iyul 2026, 16:23

Xalq artistimizin 73 yaşı tamam oldu

Bütün xəbərlər
07 iyul 2026, 15:33

20 manatlıq rüsum ləğv edilir

Bütün xəbərlər
07 iyul 2026, 13:04

Ər maşından düşmək istəməyən arvadını döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
07 iyul 2026, 12:29

"Kəpəz" futbolçusu ilə vidalaşıb

Bizim fəxrimiz
07 iyul 2026, 11:56

Gəncəli strongmen Azərbaycan rekordu rəsmləşdirdi

Bütün xəbərlər
07 iyul 2026, 10:51

Gəncədə təhsil işçilərinə ŞAD XƏBƏR: avtobus ödənişlərinin 10%-i…

Bütün xəbərlər
07 iyul 2026, 09:36

Abituriyentlər iyulun 20-dək bəzi sənədləri DİM-ə təqdim etməlidirlər

Bütün xəbərlər
06 iyul 2026, 16:31

Qərb bölgəsi bu məhsulların istehsalında liderdir

Bütün xəbərlər
06 iyul 2026, 15:34

"Manqal Kabab"da tanışını bıçaqladı – 4 il 3 ay həbs

Bütün xəbərlər
06 iyul 2026, 14:36

Sabah Gəncədə 37 dərəcə isti olacaq

Bütün xəbərlər
06 iyul 2026, 14:05

Gəncədə taekvondo üzrə şəhər birinciliyi keçirilib

Bütün xəbərlər
06 iyul 2026, 13:28

Gəncədə loqoped axtarılır

Bütün xəbərlər
06 iyul 2026, 12:28

Gəncədə daşan kanal problemi sakinləri təngə gətirib

Bütün xəbərlər
06 iyul 2026, 11:34

Gəncədə təxminən hər 10 nəfərdən biri pensiya alır

Bütün xəbərlər
06 iyul 2026, 11:03

Şəmkirdə "Mercedes" yandı

Bütün xəbərlər
05 iyul 2026, 15:02

Gəlin qayınananın evini yandırıb... – Bacısı ilə birlikdə

Bütün xəbərlər
05 iyul 2026, 09:00

"Toppuş bacı"nın qardaşı vəfat edib

Bütün xəbərlər
04 iyul 2026, 13:58

Gəncədə Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib

Bütün xəbərlər
04 iyul 2026, 12:00

Monqolustanın quzu ətləri keyfiyyətsiz deyil - EKSPERT

Oxşar xəbərlər