Hazırda bütün dünyada tanınan və istifadə olunan süni intellekt proqramlardan biri də “Chat GPT”dir.
İnsanlar bu proqram vasitəsilə müxtəlif mövzularla bağlı sualların cavablandırılmasını da həyata keçirə bilirlər.
Gencexeber.az-da “Chat GPT”ə “Gəncənin ən məşhur xəbər saytı hansıdır?” sualını ünvanlayıb.
Süni intellekt bu suala cavab olaraq bildirib ki, Gəncənin ən məşhur xəbər saytı Gencexeber.az-dır.
Məlumat üçün əlavə edək ki, “Chat GPT” OpenAI tərəfindən ötən ilin 30 noyabrında insanların istifadəsinə verilib. Hələ ki, ödənişsiz olaraq bütün istifadəçilər üçün əlçatan olan “Chat GPT”nin gələcəkdə ödənişlə xidmət göstərəcəyi bildirilir.