Gəncə şəhərində fəaliyyət göstərən "BakuBus" MMC-yə məxsus avtobuslardan birində xanım sərnişin tərəfindən pulqabı unudulub.
Gencexeber.az-a adıçəkilən sərnişindaşıma şirkətindən verilən məlumata görə, avtobus sürücüsünün dərhal Onlayn Monitorinq Mərkəzinə məlumat verməsi nəticəsində içində qızıl-zinət əşyaları və 2000 manata yaxın pul vəsaiti olan pulqabı qısa müddət ərazində sahibinə qaytarılıb.
Əşya sahibinə təhvil verildikdən sonra sərnişin "BakuBus" əməkdaşlarının operativ və məsuliyyətli fəaliyyətinə görə minnətdarlığını bildirib.