top
Vəzifələrindən sui-istifadə edən şəxslərə cinayət işi açılıb
03 may 2024, 14:00
- +

Vəzifələrindən sui-istifadə edən şəxslərə cinayət işi açılıb

"Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb ediliblər. Bu haqda 3 may tarixində Apa-ya istinadən xəbər veririk.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin vəzifəli şəxsləri Hüseynov Vidadi Qaçay oğlu, Abdullayev Məhəbbət Əliş oğlu və digərlərinin qanunsuz əməlləri aşkarlanıb. Həmin şəxslərlə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Vidadi Hüseynovun vəzifə səlahiyyətlərindən sui-istifadə edib, Məhəbbət Abdullayev və digərləri ilə qabaqcadan əlbir olaraq, faktiki işə gəlməyən və heç bir əmək funksiyasını yerinə yetirməyən çoxsaylı işçilərin əməkhaqqı kartlarını özündə saxlaması və həmin kart hesablarına 2021-2024-cü illərdə köçürülmüş ümumilikdə 364 min manatdan artıq pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. Həmin şəxslərin xidməti otaqlarında və digər ünvanlarda aparılan axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənəd və başqa sübutlar aşkar edilərək götürülüb.

İlkin sübutlar əsasında Məhəbbət Abdullayev və Vidadi Hüseynov təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara Cinayət Məcəlləsinin mənimsəmə - külli miqdarda ziyan vurmaqla törədildikdə, vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda və vəzifə saxtakarlığı maddələri ilə ittiham elan edilib. Müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə Məhəbbət Abdullayev və Vidadi Hüseynovun barəsində ev dustaqlağı növündə qətimkan tədbiri seçilib.

Məhəbbət Abdullayevin barəsində seçilmiş ev dustaqlığının həbslə əvəz edilməsi üçün qərardan apellyasiya protesti verilib. Hazırda iş üzrə bütün qanunazidd halların tam və hərtərəfli araşdırılmaqla vurulmuş ziyanın dəqiqləşdirilməsi və digər təqsirli şəxslərin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:04

İyunun 14-də "Son zəng" olmayacaq

Bütün xəbərlər
Bu gün, 15:43

Gəncədə ölən 27 yaşlı oğlan tələbədir? - YENİLƏNİB

Bütün xəbərlər
Bu gün, 15:32

Gəncədə yaşayış binasında yanğın olub

Bütün xəbərlər
Bu gün, 15:03

ATU-nun müəllimləri elmi dərəyəcə LAYİQ GÖRÜLDÜ

Bütün xəbərlər
Bu gün, 12:52

Sabah duman olacaq - PROQNOZ

Cəmiyyət
Bu gün, 12:10

Qəzaları qaçılmaz edən LÜKLƏR- ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 10:41

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb

Tarix
Dünən, 15:53

Gəncənin İstiqlal bağı harada yerləşib

Bütün xəbərlər
Dünən, 13:30

GDU-nun müəllimi ALİM oldu

Bütün xəbərlər
Dünən, 11:00

68 milyon dollarlıq geyim idxal edilib

Bütün xəbərlər
21 mart 2026, 18:00

Evdən 65 yaşlı kişi meyiti tapılıb

Bütün xəbərlər
21 mart 2026, 17:04

Gəncə sakini bir ayda ikinci dəfə dəm qazından zəhərlənib

Cəmiyyət
21 mart 2026, 15:18

Goranboyda xəsarətlə nəticələnən hadisə ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB

Bütün xəbərlər
21 mart 2026, 14:09

İtkin düşən 9 nəfər ötən gün tapılıb

Bütün xəbərlər
21 mart 2026, 13:44

Gəncədə evdə partlayış olub

Bütün xəbərlər
21 mart 2026, 13:21

Sabah 19 dərəcə isti olacaq - PROQNOZ

Cəmiyyət
21 mart 2026, 12:50

Şəbnəm İrandakı fanatından nigarandır

Bütün xəbərlər
21 mart 2026, 09:31

Gəncədə 31 yaşlı kişi sirkə turşusundan zəhərlənib

Bütün xəbərlər
20 mart 2026, 20:04

Prezident Novruz bayramı münasibətilə paylaşım edib

Bütün xəbərlər
20 mart 2026, 17:01

Mehriban Əliyeva Novruz bayramı ilə bağlı paylaşım edib

Bütün xəbərlər
20 mart 2026, 16:08

GDU-nun əməkdaşı ALİM OLDU

Cəmiyyət
20 mart 2026, 15:33

Gəncənin icra başçısının MAAŞI

Bütün xəbərlər
20 mart 2026, 15:00

Yanvar ayında 8 minə yaxın körpə doğulub

Bütün xəbərlər
20 mart 2026, 13:00

Bu ilin ilk iki ayında 79 traktor istehsal edilib

Oxşar xəbərlər