Gəncədəki parkların biri işıqsız qalıb. Bu haqda Gencexeber.az-a 8 avqust tarixində məlumat daxil olub.
Söhbət şəhərin Füzuli parkından gedir. Axşam olan kimi ərazi zülmətə bürünür. Buna görə də burada nə böyüklər, nə də balacalar istirahət edə bilirlər. Sakinlər bu vəziyyətdən çox narahat olduqlarını bildirirlər.