top
Sovet dövründə Gəncənin ən böyük mədəniyyət ocaqlarından biri
Bu gün, 16:03
- +

Sovet dövründə Gəncənin ən böyük mədəniyyət ocaqlarından biri

Nizami Gəncəvi adına kinoteatr Gəncədə Cavad xan küçəsində yerləşir. Kinoteatr binası 1956-cı ildə inşa edilərək, istifadəyə verilib. Tikilinin memarları S.Əmirova və L.Qasımova olublar. Bu kinoteatr sovet dövründə Gəncənin ən böyük mədəniyyət ocaqlarından biri hesab edilirdi.

Gencexeber.az məlumat verir ki, kinoteatr iki mərtəbədən ibarətdir. Sovet dövründə buranın birinci mərtəbəsində kassa, konsert səhnəsi olan foye, oxu zalı, bufet, inzibati və digər xidmət otaqları yerləşirdi. İkinci mərtəbədə isə hər biri 350 nəfər tutumu olan iki zal mövcud olub.

Zallardan biri geniş ekranlı filmlər üçün nəzərdə tutulmuşdur. Burada həmin dövrdə bədii və elmi-populyar filmlər nümayiş edilib, həmçinin sovet və xarici kinematoqrafiyasının əldə etdiyi nailiyyətləri göstərən festivallar keçirilib.

Sovet hakimiyyəti dövründə kinoteatrın foyesində gənc gəncəli rəssam və heykəltaraşların sərgiləri keçirilirdi. Həmçinin Nizami Gəncəvinin poeziya günlərində ona həsr olunmuş ədəbiyyat gecələri keçirilirdi. Burada Azərbaycan yazıçıları, şairləri, sənətşünasları və ədəbiyyatşünasları iştirak edirdi.

Kinoteatrın ətrafında yaşıl bağ salınıb. Mədəniyyət ocağının əsas girişinin önündə fontan da quraşdırılıb.

Nizami Gəncəvi adına kinoteatrda 1980-ci illərin sonuna kimi filmlər nümayiş olunub. 1990-cı ilin əvvəllərində isə kinoteatrın fəaliyyəti qismən məhdudlaşdırılıb, 2000-ci ildə isə tamamilə dayandırılıb.

Bura uzun müddət yararsız vəziyyətdə qalıb. Kinoteatrın binası 2020-ci ildə erməni terrorunun qurbanı olub. 2021-ci ildə orada əsaslı təmir-bərpa işləri görülüb. Ötən ildə isə həyəti yenidən qurulub. 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:30

Gəncədə bu xəstəxanaya bir ayda ikinci baş həkim təyinatı

Bütün xəbərlər
Bu gün, 17:11

Gəncədə sahibsiz it güllələndi

Bütün xəbərlər
Bu gün, 16:41

"Gəncə mənə ənənəvi Avropa şəhərlərini xatırladır" - Rafael Petri

Bütün xəbərlər
Bu gün, 15:33

Sabah qar yağacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 15:01

Həbsdə olan valideynlərin uşaqları dövlət müdafiəsinə götürüləcək

Bütün xəbərlər
Bu gün, 14:22

Gəncədə zibillik içində "boğulan" ərazi səliqəyə salınıb

Bütün xəbərlər
Bu gün, 13:56

Porsuğu taxta ilə öldürüb ətini yeyən qazi CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
Bu gün, 13:16

"Qarabağ" bu gün "Liverpul"la üz-üzə gələcək

Bütün xəbərlər
Bu gün, 12:40

Uşaqların dinə etiqad etməyə məcbur olunması qadağan edilir

Bütün xəbərlər
Bu gün, 11:58

Gəncədə hosteldə ÖLÜM

Bütün xəbərlər
Bu gün, 11:23

Uşaqlar yaşayış minimumundan az olmayan maddi təminat alacaq - LAYİHƏ

Bütün xəbərlər
Bu gün, 10:37

3 milyondan çox vətəndaş məlumatlarının sızmasının qarşısı alınıb

Bütün xəbərlər
Bu gün, 10:05

Gəncədə 12 nömrəli marşrut avtobusları saat 22:30-dək hərəkət edir

Bütün xəbərlər
Bu gün, 09:32

Gəncədə 25 min manatlıq dələduzluq edən "Falçı Telli" bağışlanıldı

Bütün xəbərlər
Dünən, 18:00

Gəncədə yaradılan "Telekom" Basketbol İdman Klubu 25 illiyini qeyd edir

Bütün xəbərlər
Dünən, 17:37

Güclü külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 16:19

Tovuzlu model boşandığı məşhur türk aktyoru ilə problem yaşayır

Bütün xəbərlər
Dünən, 15:32

Gəncədə maşını daşlayan kişi ruhi-əsəb dispanserinə yerləşdirildi

Bütün xəbərlər
Dünən, 14:56

Gəncədə bəzi torpaq sahələrinin kateqoriyası dəyişdirilib

Bütün xəbərlər
Dünən, 14:18

Gəncəyə qar yağa bilər

Bütün xəbərlər
Dünən, 12:37

Gəncənin deputatı Türkiyədə mükafata layiq görüldü

Bütün xəbərlər
Dünən, 11:54

Magistraturaya qəbul imtahanına sənəd verənlərin SAYI

Bütün xəbərlər
Dünən, 11:29

Gəncədə kişi qonşularına kabus yaşadır

Oxşar xəbərlər