Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Dillər Tədris Mərkəzinin müəllimi Günay İlqar qızı Məmmədova elmi uğur əldə edib.
Gencexeber.az xəbər verir ki, o, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarına əsasən filologiya elmləri üzrə "Fəlsəfə doktoru" elmi dərəcəsinə layiq görülüb.
Qeyd edək ki, Günay Məmmədova uzun illərdir ADAU-da fəaliyyət göstərir və dilçilik sahəsində elmi-pedaqoji fəaliyyətini uğurla davam etdirir.