16.9 C
Gence
16.9 C
Gence

Zəfər Günü avtoşluq edənlər saxlanılıblar

Gəncədə avtoxuliqanlıq edən şəxslər saxlanılıblar. Bu haqda 14 noyabr tarixində Report-a istinadən məlumat veririk.

Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin (DYPŞ) əməkdaşları əməliyyat keçiriblər. Nəticədə Göygöl rayon sakini Elşən Məmmədovun “Niva” markalı avtomobillə yollarda intizamsızlıq edərək avtoxuliqanlıq etdiyi və digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub.

Bundan başqa, Gəncə şəhər sakini Elcan Cəfərovun da “VAZ-2107” markalı avtomobillə təhlükəli manevrlər etməsi üzə çıxıb. Həmin şəxslər barədə protokol tərtib olunub. Onlar 25 və 20 sutka inzibati qaydada həbs ediliblər.

Həmçinin sayrışan işıqlardan istifadə edən Sənan Qurbanov və dövlət qeydiyyat nişanını gizlədən digər sürücü cərimə olunublar.

Ən Çox Oxunan