12.5 C
Gence
10.5 C
Ganja

Yolu keçən piyadanı vuran sürücü hadisə yerindən qaçıb

Gəncədə avtomobil qəzası baş verib. Bu haqda 27 sentyabr tarixində Qafqazinfo-ya istinadən məlumat veririk.

Hadisə şəhərin Şah İsmayl Xətai prospektində qeydə alınıb. “Mersedes” markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən Sənhan Hüseynovu vurub. Nəticədə 41 yaşlı piyada xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

İlkin məlumata əsasən, piyadanı vuran sürücü qəzadan sonra hadisə yerindən qaçıb. Hazırda avtomobilin tapılması istiqamətində axtarışlara başlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan