12.5 C
Gence
10.5 C
Ganja

Yolu keçmək istəyən yeniyetməni avtomobil vurub

Gəncədə yeniyetmənin iştirakı ilə yol qəzası baş verib. Bu haqda 18 avqust tarixində Report-a istinadən xəbər veririk.

Yolu keçmək istəyən 11 yaşlı Yağmur Umud qızı İsgəndərovanı avtomobil vurub. Hadisə yerinə təcili tibbi yardım cəlb olunub. Xəsarət alan yeniyetmə Gəncə Şəhər Birləşmiş Xəstəxanasına çatdırılıb. Lakin onun vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Xəstə müayinə olunub. Həkimlər Yağmura qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyublar.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan