Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 21 iyul tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə Nizami Gəncəvi prospektində qeydə alınıb. “VAZ 2106” markalı avtomobil hərəkətdə olan zaman yolu keçmək istəyən 62 yaşlı Ramiz Novruzovu vurub. Piyada xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.