26.9 C
Gence
23.5 C
Ganja

Yolların xətlənməsi üçün Türkiyədən yeni texnika alınıb

Gəncədə MKTİB üçün yeni texnika gətirilib. Bu haqda 10 iyun tarixində MKTİB-yə istinadən məlumat veririk.

Qurum şəhərin küçə və prospektlərində yol xətlənmə işlərini həyata keçirən yeni texnika alıb. Türkiyənin “Altekma qroup” şirkəti tərəfindən istehsal olunan xüsusi maşınlar ötən gün Heydər Əliyev prospektində yol xətlərinin çəkilməsi işlərini uğurla yerinə yetirib.

Yeni texnikanın idarə edilməsi və təyinatına uyğun istismarının həyata keçirilməsi məqsədilə Türkiyədən mütəxəssislər dəvət olunub. Onlar MKTİB-nin Avtomobil parkının əməkdaşları üçün bir müddətlik təlim kursları keçəcəklər.

Qeyd edək ki, “Altekma qroup” şirkətinin bu texnikaları bir sıra ölkələrdə uğurla istismar edilir. Onların üstünlüyü çəkilən yol xətlərinin təbii iqlim təsiri altında uzun müddət rəngini itirməməsi və yol xətlərinin günün qaynar şüalarına davamlı olmasındadır.