Gəncədə yolları buz bağlayıb. Bu haqda Gencexeber.az 13 yanvar tarixində məlumat verir.
Gecə saatlarından yağan qar şəhəri ağ örpəyə bürüyüb. Bu görüntü uşaqlara sevinc bəxş etsə də, sakinlər üçün təhlükəli hal yaradıb. Belə ki, şəhərin bir çox ərazilərində yolları buz bağlayıb. Nəqliyyat vasitələrinin sürüşməsi nəticəsində qəza vəziyyətləri yaranır.
Bundan başqa, sürücülər yollarda ehtiyat etdikləri üçün mərkəzi küçələrdə tıxaclar əmələ gəlib. Sakinlər aidiyyəti qurumların məsələ ilə bağlı müvafiq tədbirlər görməsini arzu edirlər.
Redaksiyamız adından şəhərimizin sakinləri və qonaqlarını yollarda ehtiyatlı və diqqətli olmağa çağırırıq.