10.3 C
Gence
10.3 C
Gence

Yoldakı yarğanlara yamaqlar vurulub

Gəncənin bir neçə ərazisində yoldakı yarğanlar asfaltlanıb. Bu haqda Gencexeber.az-a 8 oktyabr tarixində məlumat daxil olub.

Söhbət şəhərin Ruzigar Qasımov küçəsi və Üzeyir Hacıbəyovla Zərifə Əliyeva küçələrinin kəsişməsindən gedir. Burada küçənin avtomobillər üçün nəzərdə tutulmuş hissələrində asfalt örtüyü çökmüş, dağılmış və çökəkliklər yaranmışdı. Həmin yarğanlar sürücülər üçün təhlükə yaradırdı.

Belə ki, yolun asfalt örtüyü yamaq vurularaq bərpa edilib.

Ən Çox Oxunan