Çökən yol örtüyü nəqliyyatın hərəkətinə maneə törədir. Bu haqda sentyabrın 12-si Gencexeber.az-a məlumat daxil olub.
Sözügedən hal Nəriman Nərimanov prospekti, “priborun sfetoforu” adlanan yerdə müşahidə edilir. Kanalizasiya quyularının ətrafında yolun bir hissəsi düzbucaq formada çöküb. Bu səbəbdən yoxuş-eniş əmələ gəlib.
Nəqliyyat axınının sıx olduğu ərazidə minik avtomobillərinin alt hissəsi asfalta dəyir. Sürücülər sözügedən yerdə təmir işlərinin aparılmasını arzu edirlər.