9.7 C
Gence
5.5 C
Ganja

Yol qəzasında xəsarət alanlar Gəncə xəstəxanasına yerləşdiriliblər

Avqustun 9-u Gədəbəyin Saratovka kəndində yol qəzası baş verib. Hadisə zamanı 8 nəfər xəsarət alıb. Onların arasında 3 yaşlı uşaq və bir neçə yeniyetmə var. Vəziyyəti ağır olanların bir qismi Gəncə xəstəxanalarının birinə yerləşdiriliblər. Bu haqda 10 avqust səhər saatlarında məlum olub.

Xəsarət alanlar:

  1. 3 yaşlı Camal Musayev.
  2. 12 yaşlı Fatimə Musazadə
  3. 13 yaşlı Aysel Musazadə
  4. 13 yaşlı Leyla Musazadə
  5. 33 yaşlı Vəfa Musayeva
  6. 34 yaşlı Aytəkin Məmmədova
  7. 34 yaşlı Samirə Əsgərzadə
  8. 57 yaşlı Çiçək Həsənova

İlkin məlumata görə “Toyota” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə maşın aşıb.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan