Gəncədə piyadalarla bağlı monitorinq keçirilib. Bu haqda 25 iyul tarixində Kriminal Qafqaz-a istinadən məlumat veririk.
Reydlər Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən şəhərdə hərəkətin intensiv olduğu küçə və prospektlərdə təhlükəsizliyin təmin edilməsi, piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə təşkil olunub. Yaxınlıqda yerüstü və yeraltı piyada keçidlərinin olmasına baxmayaraq, bundan istifadə etməməklə özləri ilə bərabər digər hərəkət iştirakçılarını da təhlükəyə atan piyadalar saxlanılıb. Onlarla maarifləndirici söhbətlər aparılıb, yol hərəkəti qaydalarına riayət etməyin vacibliyi barədə ətraflı məlumat verilib.