13 C
Gence
8.5 C
Ganja

Yeni Gəncə və Mahrasa bağında artezian quyularının üstü açıqdır

Gəncədə növbəti qapaqsız lüklər sakinlər üçün təhlükə yaradır. Bu haqda Gencexeber.az-a 24 iyun tarixində məlumat daxil olub.

Söhbət şəhərin 28 May və Dədə Yadigar küçələrindən gedir. Burada birinci ərazidə 4-cü binanın yanında avtomobil yolunun kənarında yerləşən artezian quyusunun ağzı açıqdır. Lükün içərisinə tullantılar atılıb.

Mahrasa bağında yerləşən Dədə Yadigar küçəsində isə binaların qarşısındakı iki artezian quyusunun qapağı yoxdur.

“Bu lüklər yolun ortasındadır. Gecə vaxtı kimsə görməyib yıxıla bilər, maşınların təkərləri düşüb qalır. Lüklərin üstünə qapaqların qoyulmasını istəyirik”, – deyə sakinlər bildirirlər.

 

Ən Çox Oxunan