Yeni Gəncə qəsəbəsində qəza baş verib. Bu haqda məlumatı Gencexeber.az bu gün, 21 mart tarixində verir.
Hadisə Mehmandarov küçəsində, “Nəhəng daş” ticarət məkrəzinin qarşısında qeydə alınıb. “Chevrolet” markalı avtomobilin sürücüsü idarəetməni itirərək dirəyə çarpılıb. Nəticədə dirəyin üzərində quraşdırılan təhlükəsizlik kamerası zədələnib.
Faktla bağlı araşdırma aparılır.