24.7 C
Gence
24.7 C
Gence

Yeni Gəncədə iki “VAZ” toqquşub

Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 29 aprel tarixində məlumat daxil olub.

Hadisə Yeni Gəncə qəsəbəsində notariusun qarşısında qeydə alınıb. Mehmandarov və Həmidə xanım Məmmədquluzadə küçələri ilə hərəkət edən iki avtomobil toqquşub. Buna səbəb “VAZ 2107” markalı avtomobilin “VAZ 21015”in qarşısına çıxması olub.

Qəza zamanı xəsarət alan olmayıb. Əraziyə polis əməkdaşları cəlb edilib.

Ən Çox Oxunan