25.4 C
Gence
18.5 C
Ganja

Yarımçıq qalan küçənin digər hissəsi təmir olunur

Gəncədə küçələrin təmir işləri aparılır. Bu haqda Gencexeber.az-a 19 sentyabr tarixində məlumat daxil olub.

Adıçəkilən işlər şəhərin Şota Rustaveli küçəsində gedir. Ərazidə canlı qüvvə və texnika çalışır. Küçədə yol səthi bərabərləşdirilir. Həmçinin səkilərin kənarına bordürlər düzülür. 

Yaxın günlərdə küçəyə asfalt örtüyü çəkiləcək.