14.7 C
Gence
14.7 C
Gence

Üç yanaşı küçədən ikisi işıqlandırılsa da, biri qaranlıqda qalıb

Gəncədə küçələrdən biri qaranlığa qərq olub. Bu haqda Gencexeber.az-a 5 iyul tarixində məlumat daxil olub.

Söhbət Məhsəti qəsəbəsindəki 5-ci küçədən gedir. Sakinlərin sözlərinə görə, ətraf küçələrə işıqlandırma sistemi artıq çəkilib və bir neçə gündür işıqlar qoşulub. Lakin onların yaşadığı küçə qaranlıqda qalıb.

“Mən, çəkilən vaxt yaxınlaşıb soruşdum ki, bizim küçə niyə arada qaldı? Dedilər ki, bu küçə işıqlıdır. Arada iki evin ışığı var, ona görə çəkmədilər”, – deyə sakinlər bildirir.

 

Ən Çox Oxunan