Şəhərdə yaşayış məntəqələrinin qarşısındakı park və yolun təmirə ehtiyacı var. Bu haqda 2 may tarixində Gəncəxəbər.az xəbər verir.
Söhbət Nəriman Nərimanov və Əziz Əliyev küçələrində yerləşən bina 4, 5 və 36-nın məhəlləsindən gedir. Məhəllədə yerləşən futbol meydançası yararsız vəziyyətdədir. Binaların qarşısında asfalt örtüyünə ehtiyac var. Yağış yağanda hərəkət çətinləşir.
Sakinlər qeyd edirlər ki, küçə palçıq olanda uşaqlar bu yoldan keçməkdə çətinlik çəkirlər.