16.9 C
Gence
16.9 C
Gence

Yüksək sürət 27 yaşlı gəncin həyatına son qoyub

Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 27 may tarixində məlumat daxil olub.

Hadisə axşam saatlarında Nizami prospektində qeydə alınıb. Şahidlərin sözlərinə görə, güclü yağış səbəbindən ərazidə işıq təchizatı dayanıb, işıqforlar işləməyib. “Azpetrol” yanacaqdoldurma məntəqəsinin qarşısında yüksək sürətlə hərəkət edən “Toyota Land Cruiser” əsas yola çıxmaq istəyən “Khazar” markalı avtomobillə toqquşub. Sonuncu zərbənin gücündən işıq dirəyi ilə birgə bordürə çarpılıb.

Nəticədə “Khazar”ın 27 yaşlı sürücüsü Yaşar Abdullayev yerindəcə dünyasını dəyişib. O, sükan arxasında sıxılmış vəziyyətdə qalıb. Meyiti çıxarmaq üçün əraziyə FHN xilasediciləri cəlb olunublar. Cəsəd aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, vəfat edən gənc Sevinc (keçmiş Məhsəti) qəsəbəsinin sakini olub.

Ən Çox Oxunan