Gəncədə avtomobil qəzası baş verib. Bu haqda 5 noyabr tarixində Apa-ya istinadən məlumat veririk.
“Hyundai” markalı avtomobilin sürücüsü idarəetməni itirərək “VAZ 21011”ə çarpılıb. Daha sonra o, yolun kənarında dayanan qadını vurub.
Piyada müxtəlif xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.