Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Gencexeber.az bu gün, 21 mart tarixində verir.
Hadisə Əttarlar küçəsi ilə Nizami küçəsinin kəsişməsində, “Xəmsə” parkının yanında qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobillə “Opel” markalı avtomobilin toqquşması nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib. Xəsarət alan olmayıb.
Hadisə yerinə YPX-nin əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.