Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 10 aprel tarixində məlumat daxil olub.
Hadisə şəhərin Yeni Gəncə qəsəbəsinin 28 May küçəsində qeydə alınıb. “Ulduzlu gecə” şadlıq sarayının qarşısında “VAZ 2106” və “Mercedes”markalı avtomobillər toqquşub. Nəticədə birincinin sürücüsü yüngül xəsarət alıb.
Hər iki avtomobil üçün evakuator çağırılıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.