9.7 C
Gence
2.5 C
Ganja

Ötmə manevri edən sürücü qəza törədib

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda Gencexeber.az-a 17 noyabr tarixində məlumat daxil olub.

Hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb. “Chevrolet” Aveo markalı avtomobil ötmə əməliyyatı yerinə yetirən zaman sola dönmək istəyən “Lexus”la toqquşub. Nəticədə hər iki avtomobilə zərər dəyib. Qəzada xəsarət alan olmayıb.

Əraziyə polis və sığorta şirkətinin əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan