8.6 C
Gence
8.6 C
Gence

Tarixi binanın qarşısında piyada səkisi hasarlanıb

Gəncədə piyada səkilərindən biri hasarlanıb. Bu haqda Gencexeber.az-a 25 yanvar tarixində məlumat daxil olub.

Söhbət şəhərin Hüseyn Cavid küçəsindən gedir. Burada yerləşən tarixi binalardan birinin qarşısında yerləşən piyada səkisi dəmir listlərlə hasarlanıb. Sakinlərin sözlərinə görə, bu vəziyyət illərdir davam edir.

Səkinin kim tərəfindən və niyə hasarlandığı məlum deyil. Burada, hətta alaq otları çıxıb. Səkinin zəbt olunması piyadalar üçün təhlükəli vəziyyət yaradır. Onlar ərazidən keçmək üçün avtomobil yoluna düşməyə məcbur olurlar.

Qeyd edək ki, tarixi bina əvvəllər Nizami-Puşkin adına kitabxana kimi fəaliyyət göstərib.

Ən Çox Oxunan