Küçədə yaranan çuxur sürücülərin narazılığına səbəb olub. Bu haqda 18 may tarixində Gəncəxəbər.az-a məlumat daxil olub.
Söhbət şəhərin İstafil Məmmədov küçəsində yaranan çaladan gedir. Sürücülər qeyd edirlər ki, yaranan çuxur onların avtomobillərinə ziyan vurur və idarəetmələrinə maneə törədir.
Qeyd edək ki, yolda asfalt örtüyünün olmaması səbəbindən yağışlar zamanı gölməçələr də yaranır.