25.8 C
Gence
25.8 C
Gence

İsrafil Məmmədov küçəsində işıq dirəyi yıxıla bilər

Gəncədə dirəklərdən biri qəzalı vəziyyətdədir. Bu haqda Gencexeber.az-a 15 may tarixində məlumat daxil olub.

Sözügedən hal şəhərin İsrafil Məmmədov küçəsində müşahidə olunur. Burada küçənin işıqlandırılması üçün quraşdırılmış işıq dirəyi əyilib. Sakinlər bu vəziyyətdən narahatdırlar.

“Dirək kiminsə üzərinə, ya da maşının üstünə düşə bilər. Belə olsa, xəsarətlər qaçılmazdır. Dirəyin təmir olunmasını istəyirik”, – deyə onlar bildiriblər.

Ən Çox Oxunan