Gəncədə növbəti yol təmir olunur. Bu haqda Gencexeber.az-a 9 noyabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin İsrafil Məmmədov küçəsindən gedir. Adıçəkilən əraziyə texnika və canlı qüvvə cəlb olunub.
Hazırda sözügedən küçəyə yol infrastrukturu salınır. Asfalt örtüyünün yararsız hala düşmüş və çökmüş hissələrinə yamaq vurulur.