5.8 C
Gence
5.8 C
Gence

Son günlər müşahidə edilən güclü külək daha bir neçə fəsadlar törədib

Gəncədə güclü külək bir neçə ağacı qırıb. Bu haqda məlumat iyulun 13-ü Gencexeber.az-a daxil olub.

Hadisələrdən biri şəhərin Nizami Gəncəvi prospekti, “Azpetrol” yanacaqdoldurma məntəqəsinin arxasında qeydə alınıb. İri ağac qırılaraq piyada səkisinə və avtomobil yolunun bir hissəsinə aşıb. Bu səbəbdən ərazidə hərəkət nisbətən məhdudlaşıb.

Oxşar hadisə Ağamirzə Əhmədov küçəsində də baş verib. İrigövdəli çinar ağacı yarıdan bölünərək yolun üzərinə düşüb. Birinci halda olduğu kimi, hərəkətdə məhdudiyyət müşahidə edilir.

Xatırladaq ki, “VAZ-2106” markalı avtomobilin üzərinə ağacın aşması haqda xəbər vermişdik.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan