19.7 C
Gence
19.7 C
Gence

İsmət Qayıbov küçəsində iki maşın toqquşub

Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 24 may tarixində məlumat daxil olub.

Hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb. “VAZ 2106” və “VAZ 2107” markalı iki minik avtomobili toqquşub. Nəticədə avtomobillərə ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.

Əraziyə polis əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan