5.8 C
Gence
5.8 C
Gence

Silinmiş “zebra” piyadalara çətinlik yaradır

Gəncədə bəzi küçələrdə piyadalar üçün nəzərdə tutulmuş zolaqlar silinib. Bu haqda Gencexeber.az-a 12 iyul tarixində məlumat daxil olub.

Bunlardan biri Şah İsmayıl Xətai prospektində, “Mega store” marketinin qarşısındadır. Yoldakı “zebra” tamamilə silinib. Sürücülər isə orada quraşdırılan “piyada keçidi” nişanına məhəl qoymayaraq sürəti azaltmadan keçirlər. Bu isə sakinlərin narazılığına səbəb olur.

“Yolu keçmək istəyirik, əksər sürücülər isə yol vermir. Heç sürəti belə azaltmırlar”, – deyə onlar bildirir.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan