18.6 C
Gence
18.6 C
Gence

Sevinc qəsəbəsi yağış suları altında qalıb

Gəncədə intensiv yağışlar nəticəsində bir sıra əraziləri su basıb. Bu haqda Gencexeber.az-a 15 may tarixində məlumat daxil olub.

Söhbət şəhərin Məhsəti (keçmiş Sevinc) qəsəbəsindən gedir. Yaşayış massivinin ərazisində Gəncə-Şəmkir avtomobil yolunun hərəkət hissəsi yağış suları altında qalıb. Nəticədə avtomobillərin hərəkəti məhdudlaşıb.

Əraziyə FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri cəlb olunub. Müvafiq tədbirlər nəticəsində subasmaya məruz qalmış yoldan su çəkilib kənarlaşdırılaraq nəqliyyat vasitələrinin sərbəst hərəkəti bərpa edilib.

Qeyd edək ki, yağışlar nəticəsində bir çox ərazilərdə gölməçələr yaranıb. Bu da piyada və sürücülər üçün bir sıra çətinliklər yaradır.

Ən Çox Oxunan