14.7 C
Gence
14.7 C
Gence

Sanki bu iki gəncin belinə Peyğəmbər sığal çəkib

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumat noyabrın 19-u Gencexeber.az-a daxil olub.

Hadisə şəhərin “2705” adlanan ərazisində baş verib. “VAZ-2107” evakuator xidməti ilə məşğul olan nəqliyyat vasitəsinə çarpılıb. Xoşbəxtlikdən minik avtomobilində olan iki gənc xəsarət almayıb. Avtomobil isə yararsız hala düşüb.

Gencexeber.az-a verilən məlumata görə, “VAZ-2107”nin sürücüsü hərəkətdə olarkən qarşısına qəflətən ötmə əməliyyatı edən maşın çıxıb. O, toqquşmadan avtomobilini yayındırmaq məqsədilə dərhal sağa dönüb. Bu zaman maşın yolun kənarında durmuş evakuator maşınına çarpılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılıb.

Ən Çox Oxunan